USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AzTU-da kadr dəyişikliyi

13.01.2020 İqtisadiyyat
0 0
Azərbaycan Texnki Universitetində (AzTU) kadr dəyişikliyi olub.

"Kommersant.az" xəbər verir ki, AzTU-nun mətbuat xidmətinin məlumatına görə, uzun illər universitetin kitabxanasının müdiri vəzifəsində çalışmış Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub. Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə Narıngül Xələfovaya təşəkkür edib.

Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib.