USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vaqif Əsədovun işdən çıxarılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

13.01.2020 İqtisadiyyat
0 0
Dünən polis polkovniki Vaqif Əsədovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılıb.

"Kommersant.az" xəbər verir ki, ümumilikdə İdarənin bütün zabit heyəti nazir Vilayət Eyvazovun əmri ilə sərəncama götürülüb. Sərəncama götürülən şəxslər arasında Vaqif Əsədov da var.

Lakin bu, V.Əsədovun işdən azad edilməsi anlamına gəlmir. Belə ki, bu gün Vaqif Əsədov BŞDYPİ adından yağmurlu hava ilə bağlı açıqlama verib. Sərəncamda olsa da, o, işini davam etdirir.

Məsələylə əlaqədar "bizimyol.info" saytına açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov da yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Hamı sərəncama götürülb deyirsiniz. Bəs bu yollarda xidməti vəzifəsini yerinə yetirən polislər deyilmi? Bu məlumatlar doğru deyil. Xəbərlərin hardan qaynaqlanması barədə məlumatım yoxdur".

  • Əvvəlki

    Avtomobil bazarında vəziyyət necədir?

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0