USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vilayət Eyvazov rüşvət alan polisi işdən qovdu - VİDEO

14.01.2020 İqtisadiyyat
0 0
Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.

"Kommersant.az"ın məlumatına görə, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.

Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də, inspektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir.