USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlılar Rusiyadan deportasiya olundu

24.01.2020 İqtisadiyyat
0 0
Ötən il Rusiyanın Tver vilayətindən deportasiya olunan 437 əcnəbi arasında azərbaycanlılar da var.

"Kommersant.az" xəbər verir ki, 2019-cu ildə inzibati xəta törətdiyi üçün ölkədən çıxarılması haqqında məhkəmənin qərarı olan şəxslərdən 437-si ilə bağlı qərar icra olunub.

Belə ki, Azərbaycan, Özbəkistan, Tacikistan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Qırğızıstan, Türkiyə vətəndaşları məhkəmə icraçıları tərəfindən cərimələnərək, Rusiyadan deportasiya olunublar.

Onların beş il ərzində bu ölkəyə girişi qadağan olunub.