USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cəfər Cabbarlının heykəli niyə hasara alınıb? - AÇIQLAMA

12.02.2020 İqtisadiyyat
0 0
Bakı metrosunun "28 May” stansiyasının çıxışı - Cəfər Cabbarlının heykəlinin ətrafı hasara alınıb. Ərazidə təmir işlərin aparılır.

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Oxu.Az "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq ərazidə görülən işlərin metropoliten əməkdaşları tərəfindən aparıldığını təsdiqləyib.

Onun sözlərinə görə, ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma məsələsinin daha da yaxşılaşdırılmasıdır:

"Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb. İcazə əsasında metropoliten əməkdaşları tərəfindən "28 May" metrostansiyasının çıxışında yerləşən Cəfər Cabbarlı heykəlinin ətrafı hasarlanıb.

Görülən işlərin birinci səbəbi tunellərdə havalandırmanın keyfiyyətini daha da artırmaq, ikinci bir səbəb isə tunellərin konstruksiyasını ətraf mühitin təsirindən daha da yaxşı qorumaqdır. İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada köşk qoyulacaq".

  • Əvvəlki

    Bakının bu rayonlarında su olmayacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0