USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dərsliklər ictimai müzakirəyə çıxarıldı

17.02.2020 İqtisadiyyat
0 0
2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üçün yeni hazırlanan və ya təkmilləşdirilən dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

Təhsil Nazirliyindən "Kommersant.az"a verilən məlumata görə, bu məqsədlə layihələr www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar" bölməsində yerləşdirilib.

Yaxın zamanlarda bütün layihələrin sayta yerləşdirilməsi başa çatdırılacaq.

Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik komplektlərinin layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.