USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı

21.02.2020 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Gəncə Regional Narkomaniya İdarəsinin rəisi, polis polkovniki Zəfər Abıyev xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Onun yerinə polis mayoru Elvin Abbasov təyinat alıb.

O, bundan əvvəl idarənin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.

  • Əvvəlki

    Baş Prokurorluqdan Əli Kərimlinin şikayətinə - CAVAB

Digər xəbərlər