USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İmtahanların nəticələri açıqlandı

21.02.2020 İqtisadiyyat
0 0
Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci il fevralın 16-da ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb.

Qurumdan "Kommersant.az"a verilən məlumata görə, imtahanın nəticələri fevralın 21-də saat 15:20-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.