USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Magistraturaya qəbul imtahanının nəticələri elan edilib

26.02.2020 İqtisadiyyat
0 0
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

"Kommersant.az"-ın DİM-ə istinadən verdiyi xəbərə görə, imtahan nəticələri ilə verilmiş linkdən tanış olmaq olar:

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 15738 bakalavrdan 183 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini (http://dim.gov.az/…/bc9/bc972001328a8d21480b8ffe8272b8d7.pdf) ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

Bakalavrlar 2020-ci ilin iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə tənzimlənir (həmin cədvəl "Magistr" jurnalının növbəti sayında dərc ediləcəkdir).

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar Mərkəz tərəfindən elan edilən müddətdə (http://dim.gov.az/…/1cc/1ccce5d38bd6def79a6128ebcd815e15.pdf)qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından "məqbul" alanlar ixtisaslaşma seçiminə buraxılırlar.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 26-27 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

İmtahan nəticələri yaxın vaxtlarda DİM-in saytına da yerləşdiriləcək.

  • Əvvəlki

    90 milyard dollar sərvətə sahib olan iş adamı ilk dəfə smartfon aldı

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0