USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurdu - RƏSMİ

26.02.2020 İqtisadiyyat
0 0
"Bakı" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Amma güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub".

"Kommersant.az" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, güclü külək evlərin dam örtüklərini və iri gövdəli ağacları elektrik xəttlərinin üzərinə aşırıb:

"Ötən gecə Bərdə rayonunda güclü küləyin təsiri nəticəsində elektrik veriliş xətlərinin birində açılma qeydə alınıb. Həmçinin Ağcabədi və Şəki rayonlarında da çox gügüclü külək dayaqları aşırıb, qabaqlayıcı tədbirlər nəticəsində qəzaların sayı azalıb,10kv xətlərdə qısaqapanmalar baş verməyib, külək sakitləşdikcə baş vermiş qəzalar operativ aradan qaldırılıb.

Hazırda Ağcabədi rayonunda 4-5 kəndin elektrik təchizatının təminatı ilə əlaqədar qəzanın neticələri aradan qaldırılır".

"Azərişıq" rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün lazımi sayda mal-material və avadanlıq cəlb edib.

  • Əvvəlki

    İranda nazir müavinindən sonra hökumət sözçüsü də koronavirusa yoluxdu - FOTO/VİDEO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0