USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi

27.02.2020 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinə rəis təyin olunub. O, bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyib.

Qeyd edək ki, bir müddət əvvəl DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin rəisi Şadəm Hüseynov təqaüdə göndərilmişdi. /Oxu.az

  • Əvvəlki

    SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi

Digər xəbərlər