USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TƏBİB: Bu günlərdə əllə salamlaşmayaq

28.02.2020 İqtisadiyyat
0 0
"Hamının qoruyucu maskadan istifadə etməsinə qətiyyən ehtiyac yoxdur".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, maskadan xəstələr istifadə etməlidir:

"Söhbət təkcə koronavirus xəstəsindən getmir. Bu dəqiqə bütün dünyada olduğu kimi, ölkəmizdə də yuxarı tənəffüz infeksiyalarının çox yayıldığı bir vaxtdır. Biz adam asqıranda, öskürəndə, üzünə baxıb bilmirik ki, bu koronavirus daşıyıcısıdır, yoxsa yox. Bütün xəstə şəxslər maskadan istifadə etməlidirlər ki, ətraflarında olan insanları qorusunlar.

Tövsiyə olunur ki, əllər 20 saniyə müddətində sabun və su ilə yuyulsun. Bunu tez-tez etmək lazımdır. Çalışaq ki, bu günlərdə əllə salamlaşmayaq. Əlimizi yumadan gözümüzə, ağzımıza vurmayaq. Əlin içinə asqırıb, daha sonra qapı, metro, avtobus dəstəyindən tutmaq olmaz. Asqıranda, bunu dirsəyin iç tərəfinə, büküşünə doğru etmək lazımdır. Öskürən şəxslərlə təmasdan qaçmaq lazımdır". REAL TV