USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı zooparkı belə olacaq - VİDEO

04.03.2020 İqtisadiyyat
0 0
Bakı zooparkının yenidənqurma işləri başa çatandan sonrakı təsvirini əks etdirən şəkillər dərc olunub.

"Kommersant.az" xəbər verir ki, "ArchiCo" şirkəti tərəfindən həyata keçirilən yenidənqurma layihəsinə 2018-ci ildə İDEA ictimai birliyinin dəstəyi ilə başlanılıb.

Zooparkın yenidən qurulmasının təşəbbüskarı İDEA rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Ərazisi 2,25 hektardan 4,25 hektaradək genişləndiriləcək zooparkda əvvəlki darısqal qəfəslər daha genişləri ilə əvəzlənir. Burada saxlama şəraiti Avropa Heyvanxanalar və Akvariumlar Assosiasiyasının (EAZA) standartlarına uyğunlaşdırılacaq. Bundan əlavə, heyvanxana ərazisində baytarlıq klinikası da fəaliyyət göstərəcək.

Burada balıqlar və amfibiyalar üçün yeni akvaterrarium da yaradılacaq.

Həmçinin azyaşlı uşaqlar üçün burada ev heyvanlarının saxlanıldığı guşə (Pet Farm) və Kəpənəklər Evi də fəaliyyətdə olacaq.

  • Əvvəlki

    Ukraynanın Baş naziri yenidən istefa ərizəsi yazdı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Lirə uçuruma doğru sürətlə irəliləyir
0 0
28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0