USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirus plastik və polad üzərində 72 saata qədər aktiv qala bilir - DİQQƏT

18.03.2020 İqtisadiyyat
0 0
Koronavirusun plastik və polad üzərində 72 saata qədər aktiv qala biləcəyi müəyyən edilib.

"Kommersant.az" xəbər verir ki, CNN bu barədə "New England Journal of Medicine" tibb jurnalına göndərilən məktuba əsasən məlumat yayıb.

ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, Milli Səhiyyə İnstitutu, Los-Ancelesdəki Kaliforniya və Prinston universitetlərinin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Tədqiqat zamanı koronavirusun mis üzərində 4 saat, kartonda 24 saata qədər, plastik və polad üzərində isə 72 saata qədər, havada kiçik damcılar şəklində 3 saat aktiv qaldığı aşkar edilib.

Əvvəlki araşdırmalara görə, atipik pnevmoniyaya səbəb olan virusun müxtəlif səthlərdə 9 günə qədər aktiv qala biləcəyi qeyd edilmişdi.

  • Əvvəlki

    Mehriban Əliyevadan koronavirusla bağlı xalqa - MÜRACİƏT

Digər xəbərlər