USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bir adam 600 nəfəri virusdan qoruya bilər” - Həkim məsləhəti

19.03.2020 İqtisadiyyat
0 0
“Alimlər koronavirusun mənşəyini tam müəyyənləşdirə bilməsələr də, xəstəliklə bağlı bəzi məqamları idarə etmək olur. Virus hava-damcı yolu ilə yayılır. Buna görə də insanlar şəxsi gigiyenasına fikir verməlidirlər, amma buna çox insan əməl etmir, hətta xəstəliyi ələ salan adamlar da az deyil. Bəzən şahidi oluruq ki, ziyalı insanlar məsuliyyətsiz çıxışlar edir, sanki cəsarətli olduqlarını nümayiş etdirirlər. Belə bir cəsarət nümayişi isə ölümün və xəstəliyin təbliğidir”.

"Kommersant.az" xəbər verir ki, bu barədə həkim Arzu Əhmədova məlumat verib. Həkim insanlara həm özlərini, həm ətrafdakıları virusa yoluxdurmamaq üçün imkan daxilində evdə oturmağı tövsiyə edib: "Gün ərzində aptekə, marketə gedib-gələn insan nə edəcəyini bilməlidir. Əllərini yumalı, 65-70 faizdən yuxarı olan spirt və dezinfeksiya üçün nəzərdə tutulmuş maddələrlə əllərini dezinfeksiya etməlidir. Təklif edirəm ki, hər kəs toxunduğu market arabasının tutacağını, qapı qulplarını, liftin düymələrini çölə çıxdıqca dezinfeksiya etsin. Bunun bir az maddi xərc olsa da, faydası çox böyükdür. Bu yolla ərazidə yaşayan 500-600 nəfəri virusa yoluxmaqdan qorumaq mümkündür. Tək mənim özümü qorumağımla iş bitmir. Mən ətrafımı da qorumalıyam ki, virus geniş yayılmasın. Mən özümü düşünməklə bu pandemiya bitməyəcək, hər kəs başqasını da düşünüb, lazım gəldikcə maarifləndirməlidir. Yoxsa məsuliyyətsiz çıxışlar hər birimizi məhvə aparacaq. Gün boyu evde çox olan insanlar gözəl musiqi dinləməlidir, uşaqlı analar telefonla oynamağı bir kənara atib, uşaqla oyunlar oynamalı, birgə kitab oxumalı və rəqs etməlidirlər. İmmun sistemi gücləndirən meyvə-tərəvəz çox istifadə edilməlidir. Alınan hər bir meyvə-tərəvəz təmiz su ilə yuyulmalıdır. Xəstəliyin əlamətlərini hiss edən insan vaxtında həkimə müraciət etməlidir. İtirilmiş hər gün insanı ölümə daha da yaxınlaşdırır. Təəssüf ki, azyaşlı usağı olan valideynlər hələ də qələbəlik yerlərdə uşaqlarla maskasız dolaşırlar. Virus bəzən uşağa zərər verməsə də, 60 yaşdan yuxarı qocalara yoluxan kimi onları öldürür. Çox zaman uşaqlar virusun daşıyıcısı olur. Amma özlərinə təsir etmir, onlarla təmasda olan yaşlı insana yoluxur və öldürür".

Yenisabah