USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıya gələn 4 nəfər müayindən yayındı - Axtarışa verildi

24.03.2020 İqtisadiyyat
0 0
Martın 23-də Naxçıvan-Bakı reysi ilə paytaxta gələn 4 nəfər təyin olunmuş zala gəlməyərək tibbi müayinədən yayınıblar.

"Kommersant.az"-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib. Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar.

Qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.

  • Əvvəlki

    Bakıda yenə yol çökdü - FOTOLAR

Digər xəbərlər