USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramiz Mehdiyev AMEA-nı bağladı - SƏRƏNCAM

30.03.2020 İqtisadiyyat
0 0
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamda AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilməsi nəzərdə tutulub.

AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə AR Nazirlər Kabineti yanında Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.

Bundan əlavə, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarı ilə xüsusi əmək rejimi olaraq 5 günlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri qeyri-iş günləri kimi müəyyənləşdirilib.

  • Əvvəlki

    Bakıda ət mağazalarında antisanitariya - Karantin qaydaları pozulur, VİDEO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0