USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

65 yaşdan yuxarı şəxslər SMS-lə icazə alıb, evi tərk edə bilərlər? - RƏSMİ

03.04.2020 İqtisadiyyat
0 0
“Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı qəbul etdiyi bütün qərarlar qüvvədədir”.

"Kommersant.az"-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət qüvvədə saxlanılır:

"Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslərin öz yaşadığı yeri tərk etmək məhdudiyyəti var. Onlar icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır".

"Fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq", - deyə C.Salmanov qeyd edib.

  • Əvvəlki

    Şəxsi avtomobildən istifadə qaydası müəyyənləşdi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0