USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİM-dən təxirə düşən imtahanlarla bağlı - AÇIQLAMA

07.04.2020 İqtisadiyyat
0 0
Təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də, digər tədbirlərin qrafiki Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.

"Kommersant.az" bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı bu gün Mərkəzin rəhbər şəxsləri arasında növbəti üçüncü videokonfrans keçirilib. Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, cari işlər, onlayn imtahanlar, onların layihələndirilməsi, nəzarət sistemi və digər İT məsələlərinin həlli imkanlarının müzakirəsindən ibarət olub.

Qeyd edək ki, DİM-in inzibati binalarında vətəndaş qəbulu müvəqqəti dayandırılsa da, müraciətlər "1653" Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin, DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır.

  • Əvvəlki

    Sosial Dəstək Paketindən SUİ-İSTİFADƏ: “Bu məbləğin saxta ipoteka kreditlərinə yönəlməməsi üçün...”

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0