USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİM-dən buraxılış imtahanı verən şagirdlərə xəbər var

18.04.2020 İqtisadiyyat
0 0
2020-ci il martın 1-də 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında istifadə olunmuş "sual kitabçaları” Dövlət İmtahan Mərkəzinin (DİM) saytına yerləşdirilib.

"Kommersant.az" xəbər verir ki, imtahanda istifadə olunmuş sual kitabçaları ilə tanış olmaq üçün http://dim.gov.az/news/5168/ linkinə daxil ola bilərsiniz.

Qeyd edək ki Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələri 2020-ci il aprelin 15-də elan edilib.

Hər bir imtahan iştirakçısı Mərkəzin saytında özünə aid olan səhifədə imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olmaq imkanına sahibdir.

İmtahanda istifadə olunmuş qapalı tipli test tapşırıqlarının izahı da DİM-in saytında yerləşdiriləcək.

  • Əvvəlki

    İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımı: Növbəti rayon hansıdır?

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0