USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilkə bağlı mühüm açıqlama

21.04.2020 İqtisadiyyat
0 0
"Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”.

"Kommersant.az"-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə DİM-in fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proqramdan nə isə çıxarmaq və əlavə etmək mümkündür:

"Məsələn, biologiyada virusla bağlı suallar da olacaq. Hər bir imtahan elan ediləndə proqramın təsdiqlənməsini və ya mövzuların çıxarılıb-salınacağını deyəcəyik. Qiymətləndirmənin əsas prinsipi ədalətliliyi qoruyub-saxlayacağıq".

Sədr bildirib ki, mart ayında doqquzuncu siniflər üçün imtahanlar, aprel ayında isə 11-ci siniflər üçün imtahanlar keçirilməli idi:

"İmtahanda bağlı proqramlar isə noyabr, dekabr ayında nəzərdə tutulub. Şagirdlərin onlayn və televiziyada olan dərslərdə iştirak edir. Karantin dövründə 150-dən çox dərs "YouTube" kanalında yerləşdirilib. Kimsə dərsdə iştirak etməyibsə, kanalımızda dərsi tapıb yenidən baxa bilər. Dərslərin iki ay olmaması şagirdlərə psixoloji cəhətdən təsir edir, amma həmin şagirdlərin dərsi mənimsəməsi üçün şərait yaradılıb".

  • Əvvəlki

    Dövlətdən böyük vergi və kredit güzəşti - VİDEO

Digər xəbərlər