USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Valideynləri işsiz kimi qeydiyyatdan keçən tələbələrin nəzərinə!

21.04.2020 İqtisadiyyat
0 0
“Valideynləri işsiz kimi qeydiyyata alınan tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur”.

"Kommersant.az" bildirir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında qeyd edib.

Onun sözlərinə görə, hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Məşğulluq" altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək:

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur.

Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir.

İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçdikdən sonra "Şəxsi kabinet"də e-arayış bölməsinə daxil olmaqla, müvafiq elektron arayışı əldə etmək olar".

  • Əvvəlki

    Neftin qiyməti niyə mənfiyə düşdü?

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0