USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Məktəblər və digər müəssisələrin açılmasının əleyhinəyəm" - Baş infeksionist

24.04.2020 İqtisadiyyat
0 0
Dünyada koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyanın daxili işlər naziri ölkəsində normal həyata dönüşün zaman tələb edəcəyini bildirib. Nazir deyib ki, martın 10-dan tətbiq olunan karantindən çıxış mərhələli olacaq. İlk növbədə ictimai nəqliyyat, ofislərdə maska taxılması hələ bir müddət məcburi olacaq.

Azərbaycan da mayın 4-dən etibarən mərhələli şəkildə karantin tədbirlərini ləğv etməyə başlayacaq. Azərbaycanda karantindən tamamailə çıxmaq üçün nə qədər zaman tələb olunacaq? Maska, sosial məsafə kimi qaydaların davam etməsi mümkündürmü? Ümumiyyətlə, hansı qayda və qadağalar koronavirusdan sonra uzun müddət tətbiq oluna biləcəyi ən çox soruşulan suallardandır.

"Kommersant.az"-ın xəbərinə görə, Azərbaycanın baş infeksionisti Cəlal İsayev mövcud karantin rejiminin uzadılmasının may ayının 4-də tam olaraq aydınlaşacağını bildirib. Baş infeksionist bunu vəziyyətin gedişi ilə əlaqəndirib:

"Vəziyyətin necə olmasından asılı olaraq, həmin vaxtda karantini yumşaltmağın mümkün olub-olmayacağını biləcəyik. İnsanlar o vaxta qədər gərək dözsünlər. Bizim özümüzdən çox şey asılıdır. Əgər biz qadağalara əməl etməyib küçəyə çıxmağa başlasaq, sözügedən məsələ uzana bilər. Pandemiyaya çox ciddi yanaşmaq lazımdır".

Baş infeksionisti Cəlal İsayev maskalardan istifadənin hələ zəruri olduğunu bildirib. O, həmçinin, may ayının 4-də məktəblər və digər müəssisələrin açılmasının əleyhinə olduğunu da bildirib:

"Mən məsləhət edərdim ki, insanlar maskadan istifadə etməyə davam etsinlər. Baxıram ki, maskadan istifadə edənlərin sayı artmaq əvəzinə, azalıb. Çox vaxtı insanlar maskanı yuxarıdan aşağı taxıb, çənələrinin altına salırlar. Belə olmaz, maskaya ciddi yanaşmaq lazımdır. Biz bu məsələnin üzərinə düşməsək, uzana bilər. Hər kəs deyir ki, mayın 4-dən sonra məktəblər açılsın. Düşünürəm ki, buna yol vermək olmaz. Böyük ticarət mərkəzləri, şadlıq sarayları, kütləvi yerləri hələ açmaq düzgün deyil".Sonxeber.az

  • Əvvəlki

    SON DƏQİQƏ! Azərbaycan koronavirusla mübarizədə pik həddi keçdi - VİDEO

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0