USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müddət daha 60 gün uzadılır - SON DƏQİQƏ!

28.04.2020 İqtisadiyyat
0 0
Dövlət Miqrasiya Xidməti (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

"Kommersant.az" xəbər verir ki, xidmət tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırılır ki, müraciətləri ilə bağlı mövcud vəziyyət mütəmadi olaraq təhlil edilir və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.

Qeyd olunub ki, Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 1-31 may tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.

Bunun üçün həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-... vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, "ASAN ödəniş" sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/applicati... vasitəsilə qərarları əldə edə bilərlər.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesablarından və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.

  • Əvvəlki

    Komitədən 2.8 milyonluq tender qazanan şirkət barəsində - MƏLUMAT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0