USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tədris ili uzadılır?

07.05.2020 İqtisadiyyat
0 0
“Ali tədris müəssisələrində bu tədris ilinin uzadılması nəzərdə tutulmur”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

O deyib ki, ali məktəblərdə 176 minə yaxın tələbə təhsil alır. Onlardan 75 faizə qədəri onlayn dərslərə qoşulub.

Nazir deyib ki, ali məktəblərdə yay sessiyasının iyun-iyul aylarında həyata keçirilməsi nəzərdə tutulur.

İxtisasların xüsusiyyətləri nəzərə alınaraq, bir sıra ixtisaslar üzrə imtahanların onlayn keçirilməsi mümkündür: "Belə hal mümkün olmadıqda, imtahanlar ənənəvi qaydada təşkil oluna bilər. Qeyri-standart vəziyyət nəzərə alınaraq, iyun-iyul aylarında tələbələr imtahan sessiyasında iştirak edə bilmədiklərini nəzərə çatdırarlarsa, həmin tələbələr üçün avqustun sonu, sentyabrın əvvəlində xüsusi imtahan sessiyası keçiriləcək. Bundan əvvəl isə ali məktəblər tərəfindən icmal sessiyaları təşkil olunacaq".

  • Əvvəlki

    İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Digər xəbərlər