USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Matah” cərimələndi

12.05.2020 İqtisadiyyat
0 0
“Matah” müəssisəsi inzibati cərimə edilib.

"Kommersant.az"-ın xəbərinə görə, Səbail Rayon Məhkəməsi müəssisənin 69 574 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar çıxarıb.

"Matah" müəssisəsi İnzibati Xətalar Məcəlləsinin 398-ci (Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə) təqsirli bilinib.

Bu əmələ görə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.Report