USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Karantin cərimələrini ödəməyənləri nə gözləyir? - VİDEO

14.05.2020 İqtisadiyyat
0 0
Bakıda keçirilən reydlərin birində də vətəndaşın "Yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm" reaksiyası müzakirələrə səbəb olub.

"Kommersant.az"-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı Baku.Tv-yə bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:

"Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur. Tərtib edilən protokola qanunamüvafiq olaraq, məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni, vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. 10 gün müddət tamam olanda əgər şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır.

Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. Bu 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir".