USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kəmaləddin Heydərov generala yeni vəzifə verdi

14.05.2020 İqtisadiyyat
0 0
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr təyinatları olub.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov daxili rotasiya qaydasında Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi, general-mayor İsrail Əliyev isə Bakı Regional Mərkəzinin rəisi təyin olunub.

FHN-in Mətbuat Xidməti faktı təsdiqləyib.