Yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, dünəndən etibarən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb.
Yumşalma tədbirlərinə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağanın ləğvi, kafe və restoranlar, eləcə də, parkların açılması da daxildir.
Oxu.Az-ın fotoqrafı xüsusi karantin rejiminin yumşaldılmasından sonra şəhərin mərkəzindəki vəziyyəti kamerasının yaddaşına köçürüb.