USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SON DƏQİQƏ! Milli Məclisdə təhsillə bağlı - QƏRAR

19.05.2020 İqtisadiyyat
0 0
Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

"Kommersant.az" xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə elan edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.

Bundan əlavə, Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

  • Əvvəlki

    Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0