USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİQQƏT! İcazə bu tarixdən sonra veriləcək

20.05.2020 İqtisadiyyat
0 0
Ölkə ərazisində ov mövsümünün açılması məsələsinin müzakirəsi məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iclasda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində 2020-2021-ci illərin ov mövsümünün açılıb-açılmaması məsələsinə Operativ Qərərgah tərəfindən 31 may tarixində veriləcək növbəti qərardan sonra baxılması razılığına gəlinib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova qeyd edib ki, hər il may ayının sonu, ov mövsümü başlanmamışdan əvvəl Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilir və ov obyekti olan vəhşi heyvan, quş növlərinin ovlanma müddətləri, normaları, həmçinin onların ovlanması üçün nəzərdə tutulan ov icazələrinin sayı müəyyənləşdirilir:

"Şurada Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri təmsil olunurlar".

  • Əvvəlki

    Təhsil Nazirliyi məlumat yaydı - SON DƏQİQƏ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0