USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni icra başçısı deputatın bacısı oğludur

21.05.2020 İqtisadiyyat
0 0
Ağstafaya yeni icra başçısı Seymur Orucov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədridir.

"Kommersant.az" xəbər verir ki, o bu gün ölkə başçısının sərəncamı ilə bu posta təyinat alıb. Seymur Orucov həm də keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkəni, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin bacısı oğludur.

Bu gün həmçinin İmişliyə icra başçısı təyin edilib. Bu rayonun yeni icra başçısı Elçin Adil oğlu Rzayev bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində icra başçısının birinci müavini postunu tutub.

Xatırladaq ki, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev və İmişlinin sabiq rəhbəri Vilyam Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib.

  • Əvvəlki

    Bu rayonda 1326 ton ət, 9087 ton süd, 3018 min ədəd yumurta istehsal olunub

Digər xəbərlər