USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dərslər nə vaxt bərpa olunacaq? - AÇIQLAMA

26.05.2020 İqtisadiyyat
0 0
Məlumdur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 18 may 2020-ci il saat 00:00-dan etibarən insanların küçələrə çıxma qadağası, həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub. Pandemiya ilə əlaqəli dayandırılan iş yerlərinin karantinin yumşaldılması mərhələsində bərpası da mümkün olub. Bununla yanaşı ölkədə pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər hələ də hökm sürməkdədir. Bunların sırasında təhsil müəsissələrinin, bağçaların fəaliyyətini göstərmək olar.

Sosial şəbəkələrdə təhsil müəsissələrinin dekabr ayında açılacağı ilə məlumatlar öz əksini tapıb. İddialara görə, Azərbaycanda dərslər dekabr-yanvar aylarında bərpa ediləcək. Bu dövrə qədər isə dərslər onlayn rejimdə davam edəcək.

Bununla bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib. O sözügedən məlumatların dezinformasiya olduğunu açıqlayıb:

"Bu dedi-qodu xarakterli məlumatlardır, insanlar belə şeylərə inanmasınlar. Hər kəs bir "avaz" çalır".Sonxəbər

  • Əvvəlki

    Bu şəxslərə yardım ediləcək - Layihə hazırdır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0