USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qurban Məmmədovun oğlunun şirkəti üzə çıxdı - FOTO

30.05.2020 İqtisadiyyat
0 0
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı, mühacirətdə olan siyasi fəal Qurban Məmmədovun oğlunun şirkəti üzə çıxıb.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, Londonda mühacirətdə olan Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov bu ayın 4-də İngiltərədə AZERFREEDOM MEDIA COMPANY LTD şirkətini qeydiyyatdan keçirib: "Reqistrasiya məlumatlarında göstərilib ki, 2-20 Lambert Street, Sheffield, England, S3 7AA ünvanında hüquqi qeydiyyata alınmış şirkət media sahəsində fəaliyyət göstərəcək. Baş direktoru 1982-ci il təvəllüdlü Qoşqar Məmmədovdur. Sənədlərdən məlum olur ki, Qurban Məmmədovun oğlu artıq İngiltərə vətəndaşlığını qəbul edib. Qoşqar Məmmədov bundan əvvəl, 2011-ci ildə Londonda BYTE IT LTD şirkətini açsa da, 2016-cı ildə şirkəti ləğv etmişdi".