USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ailə məsləhət mərkəzləri yaradılacaq

03.06.2020 İqtisadiyyat
0 0
Azərbaycanda ailədaxili sosial-psixoloji işin və fəaliyyətin təşkili üçün ailə məsləhət mərkəzlərinin yaradılması nəzərdə tutulur.

"Kommersant.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.

Bu, erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması istiqamətində əsas prioritetlərdən biri kimi müəyyən edilib.