USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik: "Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur"

03.06.2020 İqtisadiyyat
0 0
Hazırki sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşmasını istəmirik. Müəllimlərin məktəbə gəlməsi üçün ən önəmli zərurət tədris prosesidir.

"Kommersant.az" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Nazirlik rəsmisi bildirib ki, hazırda təlim-tədris prosesi yoxdur. Ona görə də jurnalların yazılması, illik qiymətlərin hazırlanması kimi prosesləri məktəb direktorları, onların müavinləri və sinif rəhbərləri həyata keçirməlidirlər.

"Bu, o demək deyil ki, bütün müəllimlər səhər saat 9-dan axşama kimi məktəbdə olmalıdırlar. Hətta pedaqoji şuranın iclasının da onlayn keçirilməsini məsləhət görürük".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, zərurət olmadığı təqdirdə digər müəllimlərin də məktəbə cəlb olunmasına ehtiyac yoxdur.

  • Əvvəlki

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0