USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda daha 336 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

12.06.2020 İqtisadiyyat
0 0
Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 9 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5600 test aparılıb. Bununla da yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 368 254 test aparılıb.

  • Əvvəlki

    Baş Nazirdən koronavirusla bağlı MÜHÜM QƏRAR: iyulun 1-dək ödəniləcək

Digər xəbərlər