USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Əsədov karantin rejimi ilə bağlı qərar imzaladı: Avqustun 1-dək...

19.06.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.

"Kommersant.az"-ın xəbərinə görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.