USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Evlənmək istəyənlərin nəzərinə! Baş Nazir Əli Əsədov - QƏRARA DƏYİŞİKLİK ETDİ

24.06.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları"na əlavələr edilib.

Belə ki, Ailə Məcəlləsinə uyğun olaraq Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşanan şəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq.

Həmçinin həmin məlumatlar müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında da qeyd ediləcək.

10-1

Qohumluq əlaqəsi haqqında məlumat –
(babası və (və ya) nənəsi ümumi olanlar)

əmioğlu

əmiqızı

dayıoğlu

bibiqızı

bibioğlu

dayıqızı

xalaoğlu

xalaqızı

yoxdur

yoxdur

  • Əvvəlki

    İradə Gülməmmədovanın işçisi belə həbs edildi - FOTO

Digər xəbərlər