USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uşaqlara energetik içkilər satanlar cəzalandırılacaq - QANUN

29.06.2020 İqtisadiyyat
0 0
İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə nəzərdə tutulub.

"Kommersant.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Eyni zamanda etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə müəyyən edilib.

Eyni zamanda, Prezident İlham Əliyevin "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik edilməsi barədə imzaladığı qanuna əsasən, yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.

  • Əvvəlki

    “Neftin qiymətinin yeni investisiyaları stimullaşdıracaq həddə çatması labüddür” - ŞƏRH

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0