USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cəlal İsayev: “Maskanın qiyməti aşağı salınsa, daha yaxşı olar” - VİDEO

03.07.2020 İqtisadiyyat
0 0
Respublikanın baş infeksionisti Cəlal İsayev maskaların qiymətinin aşağı salınmasıyla bağlı müvafiq qurumlara müraciət edib.

"Kommersant.az" xəbər verir ki, C.İsayev AzTV-nin efirində bildirib ki, bəzi insanlar deyir ki, maska almağa o qədər pulu yoxdur: "Çünki gündəlik ən azı beş dəfə maska dəyişməli olursan. Bu bəzi insanların maddi durumuna təsir edə bilər. Ona görə mən müvafiq qurumlara müraciət edirəm ki, maskanın qiyməti aşağı salınsa daha yaxşı olar".

C.İsayev əlavə edib ki, cərimələrin ikiqat, beşqat olmasının elə bir önəmi yoxdur:

"Maska taxmağa nəzarət lazımdır. Hamımız supermarketlərə gedirik. Mənzərəni görürük. Gənclərin çoxu maska taxmır. Onlara irad tutanda cibindən çıxarıb maskanı taxır. Supermarketlərin rəhbərləri iki nəfər nəzarətçi ayıra bilər və içəri girən insanların hamısından maska taxmasını tələb edə bilər. Yaxud da marketə gələn hər bir adama pulsuz maska paylaya bilərlər".

  • Əvvəlki

    Operativ qərargahın üzvləri kimlərdir? - SİYAHI

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0