USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ucuz maskalardan istifadəni məsləhət görmürəm” – Həkim

07.07.2020 İqtisadiyyat
0 0
Son vaxtlar tibbi maskalarla bağlı şikayətlər artıb.

Maskanın ya ipi qırılır, ya da bu üzündən o üzü görünür. Özü də maya dəyərindən qat-qat baha qiymətə satılır. Qəribədir, insanlara maska taxmaq tövsiyə edilir, amma bu qoruyucu vasitənin keyfiyyəti nəzərə alınmır. Məsələ barədə "Sherg.az"a fikrini bildirən Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla da narazılığını bildirib: "Düzdür, keyfiyyətsiz maskalar var. Ancaq onların xarici, ya yerli istehsal olduğu bilinmir. Hər halda keyfiyyətsiz maskaları boykot etmək lazımdır. Ucuz, keyfiyyətsiz, standartlara cavab verməyən maskalardan istifadəni məsləhət görmürəm. Yaxşı olar ki, insanlar yuyula bilən maskalara üstünlük versinlər. Onları sabunla yuduqdan sonra da istifadə etmək mümkündür".

  • Əvvəlki

    Yunus Oğuz: “Bir də hakimiyyətə gəlməyəcəksiniz” - FOTO

Digər xəbərlər