USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev: “Xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaq”

07.07.2020 İqtisadiyyat
0 0
"Təəssüratlar çox müsbətdir. Əsas odur ki, bu xəstəxana çox qısa müddət ərzində ərsəyə gəlib və burada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, COVID xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır”.

"Kommersant.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu xəstəxanada bütün lazımi şərait yaradılıb: "Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait vardır. Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır".

  • Əvvəlki

    "EGE Hospital"da ağlasığmaz olay: xəstə öldü, məşhur həkim meyiti aradan çıxardı

Digər xəbərlər