USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elmar Məmmədyarovun atasının səhhəti pisləşdi

08.07.2020 İqtisadiyyat
0 0
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun atası, 95 yaşlı akademik Məhərrəm Məmmədyarovun səhhəti pisləşib.

Bu barədə Məhərrəm Məmmədyarov özü məlumat verib.

Demokrat.az-ın əməkdaşının telefonla sualına cavab verməkdən imtina edən Məhərrəm Məmmədyarov hazırda səhhətinin pis olduğunu və evə həkim çağırıldığını bildirib:

"Hazırda səhhətim yaxşı deyil, xəstəyəm. Səbəbi bilinmir, həkim çağrılıb, indi gəlib yoxlayacaq. Sağ olun, xəstə olduğum üçün müsahibə vermək əhvalında deyiləm".