USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısı Operativ Qərargahın qaydalarını pozdu - VİDEO

08.07.2020 İqtisadiyyat
0 0
Bakıda supermarketlərdən birində qanunsuz şəkildə bir neçə şöbənin bağlanması tələb olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd edilib.

Söhbət paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 27 C ünvanında yerləşən "Megastore" mağazalar şəbəkəsindən gedir.

Göndərilən məlumatda iddia olunur ki, ötən gün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin iştirakı ilə ərazidə reyd keçirilib: "Ötən gün mağazaya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev gəlmişdi. Çəkiliş apardılar. Bu zaman bizə qadağa olunduğu halda, nə üçün mağazada oyuncaq, tekstil şöbələrinin işlədiyi sual olundu.

Daha sonra isə həmin şöbələrin lentə alınması və bu şöbələrdə satışın dayandırılması tələb olundu. Bildirildi ki, növbəti dəfə bu məqam müşahidə edilərsə, cərimə tətbiq ediləcək. Bu barədə hüquqşünaslarımıza da məlumat vermişik. Xahiş edirik, məsələnin ictimaiyləşdirilməsinə kömək edəsiniz".

  • Əvvəlki

    Bu dəfə Azərbaycan polisi avtomobilini "tuninq" etdirdi - VİDEO/FOTO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0