USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kəmaləddin Heydərov Prezidenti aldadıb? - FOTO

10.07.2020 İqtisadiyyat
0 0
Prezidentin açılışını etdiyi FHN-ə aid yeni mobil xəstəxanadan köhnə ambulanslar çıxdı.

Prezident İlham Əliyevin iyulun 6-da açılışını etdiyi Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan, FHN-ə aid modul tipli hospitalla bağlı sensasiya sayıla biləcək məlumat yayılıb.

"Kommersant.az" xəbər verir ki, Almaniyada yaşayan jurnalist Həbib Müntəzir FHN-ə aid sözügedən hospitalın açılışı zamanı Prezident İlham Əliyevin aldadıldığını bildirib: "Açılış zamanı göstəriş üçün güya yeni açılan hospitala aid iki ədəd "Mercedes Benz Sprinter" markalı təcili yardım maşını qoyulub. Rəsmi sənədlərdə maşınlar 2010-cu ilə aiddir. Sənədlərə görə "Renessans-S MMC" şirkətinə məxsus "Medistyle Hospital"ın maşınlarıdır. Rəsmi olaraq isə Asiman Həsənovun adı hallansa da obyektin hazırda deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova aid olduğu deyilir".

Jurnalist daha sonra qeyd edib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov köhnə təcili yardımlarını yuduzdurub prezidentə yeni, qət-təzə maşın kimi təqdim edib…

Rəsmi xəbərin keçidi: https://president.az/articles/39491

2018-ci ilə aid fotolar: https://cutt.ly/wpqLJPh/Aztoday

  • Əvvəlki

    DİQQƏT! Bakıda karantin postları yenidən quruldu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0