USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Son sutka ərzində koronavirusdan 142 nəfər vəfat etdi

10.07.2020 İqtisadiyyat
0 0
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 142 nəfər vəfat edib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 12 447 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 262 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 252 720 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 215 015 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 319 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.APA