USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səhiyyə Nazirliyindən AÇIQLAMA

11.07.2020 İqtisadiyyat
0 0
“Bakı üzrə evdə müşahidəyə götürülən şəxslərin hamısı koronavirus xəstəsi deyil”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, nəzarətə götürülənlərin əksəriyyəti, yəni 60-70 faizi şübhəli və ya kontaktda olmuş adamlardır:

"Həmin vətəndaşların arasında koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar testin nəticəsi pozitiv çıxanlar da, neqativ çıxanlar da var. Bakıda nəzarət altında olanlar arasında testin nəticəsi müsbət çıxanlar isə ölkə üzrə koronavirusa yoluxanların siyahısına daxildir".

Qeyd edək ki, son iki həftə ərzində Bakıda 10 202 vətəndaş evdə nəzarətə götürülüb.

Xatırladaq ki, iyulun 10-a aid statistik göstəricilərə əsasən, Azərbaycanda koronavirusa yoluxanların sayı 22 990 nəfər, infeksiyadan sağalanların sayı 14 093 nəfər, ölənlərin sayı 292 nəfər təşkil edir.Report

  • Əvvəlki

    İcra başçısı karantin qaydalarını pozdu - FOTO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0