USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın 22 həkimi Azərbaycana gəldi

13.07.2020 İqtisadiyyat
0 0
Xəbər verdiymiz kimi, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan növbəti çarter reysi yerinə yetirib.

"Kommersant.az"-ın məlumatına görə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib.

Rusiyalı həkimlər Azərbaycan Respublikasının tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Rusiya təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.

Daha əvvəl Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, yeni koronavirus infeksiyası ilə mübarizədə yerli mütəxəssislərin təcrübəsi, həmçinin pasiyentlərə yardım ölkədən xaricdə də çox tələb olunur. Xüsusi halda, Rusiya həkimləri artıq italiyalı, qırğız həmkarlarına virusla mübarizə aparmağa kömək ediblər. O, Azərbaycana da səfərin planlaşdırıldığını qeyd edib.

  • Əvvəlki

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bəzi şəxslərin 190 manat almamasına - MÜNASİBƏT

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0