USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Gündə iki mindən çox adam koronavirusa yoluxur” - SENSASİON AÇIQLAMA

14.07.2020 İqtisadiyyat
0 0
Sərt karantin rejiminin başa çatmasına təxminən 6 gün qalır və epidemiyanın yoluxma səviyyəsi ehtimal yaradır ki, daha bir həftə uzadıla bilər.

"Kommersant.az" xəbər verir ki, məsələ ilə bağlı "yeni müsavat"a açıqlama verən tibb üzrə professor Adil Qeybulla bildirib ki, heç bir müsbət tendensiyadan söhbət gedə bilməz.

Doktor A.Qeybulla hesab edir ki, gündəlik açıqlanan rəqəmlər reallığı əks etdirmir: "Gündə iki mindən çox adam koronavirusa yoluxur. Sadəcə, həmin adamlar qeydiyyata düşmürlər, evdə müalicə olunurlar. Yəni gündəlik açıqlanan rəsmi məlumatlar sırf stasionar qəbul olan xəstələrin siyahısıdr. Buna saxta rəqəm demək olmaz. Sadəcə, müraciət etməyən, xəbər verməyən və evdə özünü müalicə edən vətəndaşlar var".

Professor qeyd etdi ki, vəziyyət kifayət qədər ciddidir və özümüzü aldatmayaq: "Sərt karantin rejimi ləğv olunmalıdır və bunun heç bir mənası yoxdur. Bir tərəfdən sərt karantindir, digər tərəfdən insanlar avtobuslarda, marketlərdə karantini pozurlar. Bunun harası sərt karantin oldu? Ona görə də insanlara əziyyət vermək lazım deyil, hamı sərbəst buraxılmalıdır və karantin davranışı gücləndirilməlidir. Yəni maska taxılması, dezinfeksiya, sosial məsafə tələblərinə nəzarət güclənməlidir".

  • Əvvəlki

    “Türkiyə və Azərbaycan ətlə dırnaqdır“ - Vitse-prezident

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0